Prof.Dr. Almaz ulvi Binnetova

Azərbaycan-Türkiyə iki qardaş ölkədir – bir Ananın iki övladı kimi!

Türkiyə – Azərbaycan iki doğma qardaşdır – bir Atanın iki ər oğlu kimi!Azərbaycan Müstəqil Dövlət olandan sonra Türkiyə ilə illərin həsrətlisi kimi biri-birinə qucaq açdı, tanıyan-tanımayan insanlar biri-birini bağrına basdı, doymadılar, biri-birinin həsrət qəlblərini tutiyə kimi gözlərinə qoydular. İki qardaşın 70 ilin həsrəti çox ağır – ləng ötmüşdü.

Ötən əsrin 60, 70, 80-ci illəri, yadımdadır, hər gün axşamüstü saat 6-dan sonra radiomuz Türkiyə efirini tuturdu. Qapı-pəncərələri bağlayıb, işıqları söndürüb radionun qabağında yerdə oturub televiziyaya baxırıqmış kimi, gözlərimizi radioya zilləyib səsinə qulaq asardıq: ictimai-siyasi mövzu, ya ədəbi-mədəni veriliş olsun, fərqinə varmazdıq, bircə ona dinşək kəsilərdik ki, efirdə Türkiyə türkcəsində danışırlar, o səsi su kimi içimizə çəkərdik, o səsə təşnə idik, o səsin acı idik, milli mənliyimiz olan “türk” sözünə həsrət olduğumuz kimi. Bax, sovet imperiyası “Allahsız” olaraq bizə bu ayrılıq ağrısını yaşatdı.

O həsrətin təsiri idi ki, uzaq Sibirdə əskəri xidmətdə olan gənc tələbə – şair Ülvi Bünyadzadə 1988-ci ildə göndərdiyi məktubların birində yazmışdı: “… Bakı-Təbriz-İstanbul” qatarı məsələsinə gəldikdə isə deyə bilərəm ki, bu qatarın ilk sərnişinləri sənin nəvələrin olacaq, bizim yaşımız çatmaz o qatara. Bu qatar indi igidlərin ən çox at kimi minib çapdığı mövzudan başqa bir şey deyil. Sənin isə bu qatarın sərnişini olmaq fikri ilə yaşamağını alqışlayıram. Ümumiyyətlə, son hadisələr azərbaycanlıların milli qürur, milli qeyrət hissini qış yuxusundan oyadıb, alqışlamaq lazımdır”. Hadisələri davamlı izləyən Ülvi “Uzaq yolun acısından, ağrısından, “Ölüm” adlı yuxusundan mən qorxmuram” – yazaraq Milli Azadlıq ideologiyası ilə silahlanmışdı.

Azərbaycanda isə Milli Mübarizə pik nöqtəsində idi. Az sonra Bakıya dönən Ülvi Milli Azadlıq hərəkatının fəal silahdaşı kimi yazdı: “Türkiyə və şərq təhsili almış bir ovuc Azərbaycan ziyalısı daha qabağa gedərək, milli mifoloji tarixin “bic” (ruslaşdırma siyasəti – A.Ü.) ideologiyaya qarşı barışmaz mövqeyini ifadə etdilər… . Azərbaycanda “Türk gəncləri ittifaqı”nı, “Tələbələr cəmiyyəti”ni … və s. yaratmaq vaxtı çatıb”.Barışmaz mövqeyini ifadə etdilər… . Azərbaycanda “Türk gəncləri ittifaqı”nı, “Tələbələr cəmiyyəti”ni … və s. yaratmaq vaxtı çatıb”.
Azərbaycan gəncliyi milli mübarizədə həyatlarını qurban verərək “Bakı-Təbriz-İstanbul” yolunu” açdılar. Budur, Türkiyə – Azərbaycan qardaşlığı “Telmih”in növbəti – özəl sayını oxucularına ərmağan edir. Dərginin bu sayı bütövlükdə Azərbaycana aid edilməsi nəzərdə tutulsa da, sövq-təbii bir-birinin bağrına dolaraq, gözlərinin sevgi odunda çatılaraq “Azərbaycan-Türkiyə”ni ayırmadılar. Bu səhifələr arasında – sanki bir ocaq başında bir ananın iki övladının, bir atanın iki ər oğlunun könül pıçıltılarına dinşək kəsiləcəyik. “Bir Millət, İki Dövlət”in ədəbiyyatını, mədəniyyətini, tarixini özündə əks etdirən maraqlı, faktlarla zəngin yazılar hər kəsin könlünü oxşayacaq. Oqtay Rzanın Milli Qəhrəmanız Mübarizin igidliyinə qoşduğu misralar, Bayraq, Millət ünvanlı Azərbaycan şeir dünyası vərəqlənəcək və s.
Belə bir “Bakı-Təbriz-İstanbul” qatarının sərnişinləri kimi duyğular atəşində bir-birinə can-qan qardaşı deyərək ayrılmayacaqlarına and içəcək kimi! “Mən Ülviyəm, Ülvi sözə aşiqəm, saf ürəyə, büllur üzə aşiqəm” – həyəcanı ilə “Xatırla gəl ədəbi yad edəyin” düzümlü bu söz karvanını izləyək..
Bu sayını Ülvinin anısına, Ülvilərin eşqinə bayraq ucaldan “Telmih” ailəsini bağrıma basıram, böyük ürəyini gözlərimə sıxıram, sağ olun, əzizlərim!
Resulzade’de, Stalin’le İhtilal Hatıraları’nda Moskova’dan kaçışını, Türk silahlı kuvvetlerinin düşmanı İzmir’den denize dökmek üzere harekete geçtiğini yazdığı günlerde gerçekleştirdiğini belirtmektedir. Ancak, Resulzade’nin Moskova’dan ayrılış tarihi Stalin’e dair adı geçen hatıraların basılması için müracaat ettiği Amerikalı yayın şirketi Life International Edition’a gönderdiği The Stalin I Know Synopsis adlı özel belgelerin 4. Sahifesinde 25 Ağustos 1922 olarak belirtildiği görülmektedir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir